DÜNYA


Kamçatkada Şiveluç vulkanı üç kilometr hündürlüyə qədər kül püskürüb

Kamçatkada Şiveluç vulkanı üç kilometr hündürlüyə qədər kül püskürüb

Bakı, 9 dekabr, AZƏRTAC

Kamçatkada Şiveluç vulkanı üç kilometr hündürlüyə qədər kül püskürüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Şiveluçun öz hündürlüyü 3283 metrdir. Kül şleyfi şimal-şərq istiqamətində Ozernoy körfəzinə doğru yayılır. Yayılma yolunda yaşayış məntəqəsi yoxdur.

Şiveluç 5 min əhalisi olan Klyuçi qəsəbəsindən 50 kilometr aralıda yerləşir. Son bir ayda onun aktivliyi artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.