İQTİSADİYYAT


Kameral vergi yoxlaması necə aparılır?

Bakı, 20 may, AZƏRTAC

Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yoxlama zamanı kənarlaşmalar müəyyən edildikdə vergiödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin hesabat dövrü ərzində dövriyyəsi olmayan, lakin müəyyən xərcləri olan, elektron qaimə-faktura əldə edən vergiödəyicisinin fəaliyyəti kameral vergi yoxlaması zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı isə vergi orqanı vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.