İDMAN


Kamerun-Braziliya: Start heyətlər açıqlanıb

Kamerun-Braziliya: Start heyətlər açıqlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Futbol üzrə Kamerun və Braziliya milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının G qrupunun sonuncu turunda üz-üzə gələcək komandaların oyununda Kamerun seçməsinin start heyətində Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo və Vensan Abubakar yer alıblar.

Braziliya yığmasının heyətində isə meydana Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus və Qabriel Martinelli çıxacaqlar.

“Lusail” stadionunda oynanılacaq matçı ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya, İspaniya, Portuqaliya və Koreya Respublikası yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.