REGİONLAR


Kamil Məmmədov: Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir

Tərtər, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız ulu öndər Heydər Əliyevin xidmətlərini unutmur və hər il iyunun 15-ni Milli Qurtuluş Gününü kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Tərtər rayonunun ziyalısı Kamil Məmmədov deyib.

1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi prosesləri xatırlayan rayon ziyalısı bildirib ki, ölkədə hakimiyyət boşluğu, xaos hökm sürürdü. Vəziyyət günbəgün kəskinləşirdi. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən erməni silahlıları torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin müxtəlif yerlərində separatçılar baş qaldırırdılar. Məqsəd Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək idi. Belə bir ağır vəziyyətdə xalq yeganə qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Böyük siyasi xadim Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti nəticəsində ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, siyasi sabitlik və inkişafa nail olundu.

Kamil Məmmədov qeyd edib ki, milli qurtuluşumuzun müəllifi olan Ulu Öndər tərəfindən əsası qoyulmuş ideyalar, ənənələr bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.