İQTİSADİYYAT


Kamil Xasıyev: “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi liman əməliyyatlarını sürətləndirəcək

Bakı, 14 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

“Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi Asiya və Avropa tərəfdaşlarını bir araya gətirir. “İpək yolu” layihəsinin yenilənməsində Bakı Limanı da böyük tərəfdir. Bu, Çini, Mərkəzi Asiya və Avropanı əhatə edən layihədir. Biz ATƏT-i bu layihənin bir hissəsi kimi görürük. Eyni zamanda, düşünürük ki, bu layihə ATƏT-i regiona daha da yaxınlaşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Kamil Xasıyev deyib.

Kamil Xasıyev bildirib ki, hazırlanan yeni qanun layihəsi nəticəsində Bakı, Aktau və Türkmənbaşı limanlarında liman əməliyyatları sürətlənəcək: “Yeni layihə üç Xəzər dövlətinin nüfuzunu artıracaq. Bu layihə üç liman və daha geniş ərazidə nəqliyyat əlaqələrini gücləndirəcək. Eyni zamanda, bu layihə limanlarda rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradacaq ki, bu da ticarəti sürətləndirəcək. Düşünürəm ki, layihə Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən mühüm addımlardan biri olacaq. Limanlarda avtomatlaşdırma və rəqəmsallaşdırma prosesləri, yol xəritələrinin hazırlanması, enerji istifadəsi imkanları üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması da nəzərdə tutulub”, - deyə K.Xasıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.