Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamran Əliyev: Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb YENİLƏNİB VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu günədək 19 mülki şəxs həlak olub. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var. Üç qadın və iki azyaşlı uşaq Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 3–də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı və övladları həlak olub. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Kamran Əliyev diqqətə çatdırıb ki, bu müddət ərzində dinc əhaliyə qarşı törədilən cinayətlərlə bağlı başlanan 12 cinayət işinin 1-i Goranboy, 5-i Tərtər, 3-ü Ağdam, 2-si Füzuli, 1-i isə Cəbrayıl rayonu üzrə başlanıb.

Ümumilikdə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir. Xəsarət alanlardan 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.

Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribatlar həm də hərbi cinayətlərdir. Bu cinayətlərlə bağlı hazırda Respublika Hərbi Prokurorluğunda beş cinayət işi başlanıb və istintaq davam etdirilir.

Qeyd edilib ki, Ermənistan mülki əhalimizə qarşı cinayətlər törətməklə yanaşı, işğal etdiyi ərazilərdə Azərbaycanın sərvətlərini talamaqla məşğuldur. Ermənistanın 1994-cü ildən bu günədək ölkəmizə qarşı təcavüzü davam edir. İşğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyətlə məşğul olduğu üçün 12 nəfər beynəlxalq axtarışa verilib.

Kamran Əliyev vurğulayıb ki, bundan başqa, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurqen Alaverdyan barəsində cinayət işinin istintaqı davam edir. O, iki nəfərlə birlikdə Azərbaycan ərazisinə daxil olaraq strateji baxımdan əhəmiyyətli yerləri öyrənmək istəyib. Bu fakt sübut edir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində birbaşa Ermənistan silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları xidmət edirlər.

Baş prokuror qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təxribat törətməkdə məqsədləri mülki əhali arasında qorxu və panika yaratmaqdır. Ermənistan Azərbaycanın ərazilərinə təcavüz edib. Ermənistan rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmir. Erməni silahlı birləşmələri dinc azərbaycanlı əhalinin öz torpaqlarını qoyub getməsini istəyirlər. Onlar hər zaman olduğu kimi, Azərbaycana və vətəndaşlarımza qarşı təcavüzkar siyasətlərini davam etdirirlər.

Diqqətə çatdırılıb ki, 1994-cü ildən bu günədək Azərbaycan vətəndaşlarına qarşı təxribat törədənlər sırasında Ermənistan vətəndaşları olan ermənilər də var. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları başqa ölkə əhalisinə qarşı hücumlar edir. Bununla da onlar Azərbaycan əhalisinin həyatına təhlükələr yaradıb. Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib. 1994-cü ildə atəşkəs elan olunsa da həmin vaxtdan bu günə qədər yaşayış məntəqələrini və mülki əhalimizi hədəfə alıb.

Atəşkəs imzalanandan - 1994-cü il mayın 12-dən indiyə qədər 398 nəfər Azərbaycan hərbçisi, 31 nəfər mülki şəxs isə qətlə yetirilib. Atəşkəs sazişinin imzalanmasından indiyədək 1038 hərbçi, 69 mülki şəxs yaralanıb. İndiyədək ermənilərin törətdikləri cinayətlərlə bağlı 287 cinayət işi qəsdən adam öldürmə, 625 cinayət işi isə qəsdən adam öldürməyə cəhdlə bağlıdır. 2015-2018-ci illərdə bu cinayətləri törətməkdə təqsirləndirilən iki nəfər Ermənistan vətəndaşı həbs edilib. Onlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin işlər üzrə yeddi nəfər axtarışa verilib. Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb.

Kamran Əliyev əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alaraq cinayətlər törətməsi əvvəllər də olub. 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən altı mülki şəxs qətlə yetirilib, 26 nəfər xəsarət alıb. Həmçinin 300-dən çox ev və mülki yaşayış sahəsi yararsız hala salınıb.

Brifinqdə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olmuş dinc əhali haqqında məlumatlar slayd şəklində nümayiş etdirilib.

Kamran Əliyev: Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

KOBİA və Rusiyanın müvafiq təşkilatları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir

Fevralın 29-u Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

FHN: Buzovnadan aşkar edilən əl qumbarası ərazidən kənarlaşdırılıb VİDEO

TÜBİTAK-ın prezidenti BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb

Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub

Ötən gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Ötən gün 63 cinayətin üstü açılıb

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə olunur? SİYAHI

Qəbələdə avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib

Fevralda nə üçün hər dörd ildən bir 29 gün olur?

Gənclər və İdman Nazirliyinin rəsmisi: Xankəndidə tarixi anlar yaşayırıq

Cavid Qurbanov: Bu gün Xankəndidə yarış keçiririksə, mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz

Ramil İskəndərli: BMT-nin sessiyasında minaların təmizlənməsi məsələsində beynəlxalq dəstəyin vacibliyini diqqətə çatdırdım

Xankəndi-Bakı ultra marafonuna start verilib

Teleqram kanal sahibləri reklam gəlirlərini 50 faizədək əldə edə biləcəklər

Vyanada “Arzu balıq dastanı” təqdim olunub

Macarıstanda əhalinin sayı azalır

Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti

Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub ŞƏRH

Avropa İttifaqı ölkələrindən Azərbaycana minik avtomobillərinin tədarükü artıb

Azərbaycanla Mərakeş arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan yeni mərhələdə qarşısına qoyduğu prioritet məqsədlərə doğru inamla irəliləyir ŞƏRH

Corc Mayklın təsviri olan şəxsi kolleksiya sikkəsi buraxılıb

İsrailli ravvin ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb

Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir - RƏY

Qusarda gənc qiraətçilərin beynəlxalq müsabiqəsinin dördüncü regional mərhələsi baş tutub

Türkiyə Kuboku: “Beşiktaş” “Konyaspor”a qalib gələrək yarımfinala vəsiqə qazanıb

XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına

Türkiyə Kuboku: “Trabzonspor” yarımfinala vəsiqə qazanıb

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının ildönümü qeyd edilib

Azərbaycan Kuboku: "NTD-Indiqo" və "Sərhədçi" komandaları qalib olub

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib

Bərdədə baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB

Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Naxçıvanda şagirdlər arasında “Robotunu yarat” müsabiqəsi keçirilib

“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir təşkil olunub YENİLƏNİB

Premyer Liqa: “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

Tacikistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Azərbaycanın güllə atıcıları Avropa çempionatında növbəti medalı qazanıblar

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qazaxda səfərdə olub

Azərbaycan-Türkiyə elmi əlaqələrinin yeni səhifəsi

XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

Xaçmazda daşıyıcı qaz xəttində sızma aradan qaldırılıb

"Qarabağ"ın əsas hücumçusu zədələnib

Mişel Lolo: Numeada dinc aksiyada saxlanılan fəallarımızın azad olunmalarını tələb edirik

Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

İmişlidə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AMEA-nın prezidenti: Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir

Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında nöqsanlar aşkarlayıb

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib YENİLƏNİB

Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Azərbaycan nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə Çin şirkətinin cəlb edilməsində maraqlıdır

® ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırıb!

Beynəlxalq konfransda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib

AMADA rəsmiləri WADA-nın konfransında iştirak edirlər

Azərbaycanın və Almaniya xarici işlər nazirləri regionda normallaşma və sülh prosesini müzakirə ediblər

Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Dimitri Genegi: 36 il əvvəl imzalanan dekolonizasiya sazişi hələ də həyata keçirilməyib

Hesablama Palatası: Dövlət Agentliyinin satınalma müqaviləsi üzrə ödəmələrində Vergi Məcəlləsinin tələbləri gözlənilməyib

Azərbaycan həndbol millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

Xorvatiyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib

Mariya Zaxarova: Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işi İrəvanın mövqeyinə görə ləngiyib

® Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat olub

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib VİDEO

AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı açıqlanıb

Türk investorlar Naxçıvanda baramaçılıq və ipəkçilik sahələrinə maraq göstərirlər

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

“Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı olub

Azərbaycan Gürcüstana benzin və dizel yanacağı ixrac edən ölkələr sırasında dördüncüdür

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyndən

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib

AFFA hakimlər üçün seminar təşkil edib

“Azercell” azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

Avstraliyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə ediləcək

"Araz Vadisi İqtisadi Zonası"nda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq

RF XİN: Moskva İrəvan aeroportundan sərhədçiləri çıxarmaq təklifini dost addımı hesab etmir

Yüksək Liqa: “Abşeron” lideri məğlub edib

Qaradağda yerləşən bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

Elmi şuranın növbəti iclası keçirilib - rektor prioritet istiqamətləri açıqlayıb

BMCMİ əməkdaşlarının saxladığı 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Gəncədə keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim olunub

UNEC ilə Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı “Hərbi tibb kursu” keçirir

Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB FOTO VİDEO

İnternet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi artıb

Milli Ödəniş Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Siyəzəndə avtomobil yolu yenidən qurulub

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırır

Müxtəlif məktəblərin müəllimləri bir məktəbdə nümunəvi dərslər keçiblər

Berlində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib