CƏMİYYƏT


Kamran Əliyev: Ermənistan tərəfinin muzdlu döyüşçülərdən istifadə etdiyi təsdiqini tapıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Ermənistan döyüş meydanında uğursuzluqlarını ört-basdır etmək istəyir. Ermənistanın muzdlu döyüşçülərdən istifadə etdiyi artıq təsdiqini tapıb. Həmin muzdluların altısı barədə beynəlxalq axtarış elan edilib və onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Kamran Əliyev bildirib ki, döyüşlərdə muzdlu kimi iştirak edən Yunanıstan, Liviya, Suriya, Gürcüstan, Fransa və ABŞ vətəndaşları barədə də araşdırmalar aparılır. İstintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək.

Baş prokuror əlavə edib ki, Hərbi Prokurorluğun apardığı istintaqda da Ermənistan tərəfindən muzdluların döyüşlərdə iştirak etməsi təsdiqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.