CƏMİYYƏT


Kamran Əliyev: Litvanın hüquq-mühafizə orqanları ilə işgüzar münasibətlərimiz var

Bakı, 18 may, AZƏRTAC

Litvanın hüquq-mühafizə orqanları, Xüsusi İstintaq Komitəsi və Baş Prokurorluğu ilə işgüzar münasibətlərimiz var.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev mayın 18-də Azərbaycan Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Baş prokuror bildirib ki, hələ 2011-ci ildə Litvanın hüquq-mühafizə orqanları ilə Azərbaycan Prokurorluğu arasında uzunmüddətli əməkdaşlığa dair saziş imzalanıb. Bundan başqa, Litvanın və Azərbaycanın hüquqi sistemi və institusional qurumları arasında böyük oxşarlıq var. Hüquq sisteminin yaxın olması, müəyyən mənada hüquqi adət-ənənələrə malik olmamız seçim zamanı Litvanın hüquq-mühafizə orqanları, Baş Prokurorluğu və Xüsusi İstintaq Komitəsinə üstünlük verməyimizi zəruri edib.

Qeyd edək ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluğun yeni strukturunda cinayət aktivlərinin aşkarlanması və izlənilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılıb. Əmlakın bərpası və idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən Tvinninq layihəsi üzrə Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfdaş qurum kimi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.