SİYASƏT


Kamran Əliyev: Münaqişə zonasından kənarda dinc əhalinin yaşadığı şəhər və rayonlara hücumlar dayandırılmalıdır

Bakı, 5 oktyabr, AZƏRTAC

Münaqişə zonasından kənarda dinc Azərbaycan əhalisinin yaşadığı şəhər və rayonlara hücumlar dayandırılmalıdır. Bu, bizim tələbimizdir. Bu hücumlar yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 5–də təşkil olunan brifinqdə deyib.

Kamran Əliyev bildirib ki, ancaq ağlını itirmiş şəxslər, ağlını itirmiş rəhbərlik belə göstəriş verə bilər. Təsəvvür edin, Azərbaycan tərəfinin Ermənistanın şəhərlərini atəşə tutması nəyə gətirib çıxara bilər?

Baş prokuror qeyd edib ki, aldığımız məlumata görə, Ağcabədinin mərkəzi də ermənilər tərəfindən hücuma məruz qalıb. Prokurorluq əməkdaşları hadisə yerində lazımi işləri görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.