İDMAN


Kamran Şahsuvarlı: Əsas məqsədimiz Azərbaycanı Avropa və Olimpiya oyunlarında uğurla təmsil etməkdir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan çempionatında bütün qarşılaşmaları qələbə ilə başa vurduğuma görə sevinirəm. Turnirə ciddi hazırlaşmışdım. Boks üzrə ölkə çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Gənc dəri əlcək ustalarımız da perspektivli idmançılar olduqlarını nümayiş etdirdilər.

Bu sözləri boks üzrə Azərbaycan çempionatında 75 kiloqram çəki dərəcəsində birinci yeri tutan Kamran Şahsuvarlı AZƏRTAC-a müsahibəsində deyib.

Çempionatda qələbə qazanmağı qarşısına məqsəd qoyduğunu vurğulayan Olimpiya Oyunlarının bürünc medalçısı bildirib: “Qarşıda yığmamızı bir sıra ciddi sınaqlar gözləyir. Bu qələbə heç birimizi arxayınlaşdırmamalıdır. Gələn il ikinci Avropa Oyunları keçiriləcək. Eləcə də “Tokio 2020”yə lisenziya yarışları təşkil ediləcək. Əsas məqsədimiz Azərbaycanı Avropa və Olimpiya oyunlarında uğurla təmsil etməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.