İDMAN


Kamran Talıbov: İlk Avropa və IV İslam Həmrəyliyi oyunlarında qazandığımız təcrübəni türkmənistanlı mütəxəssislərlə bölüşürük

Aşqabad, 25 sentyabr, AZƏRTAC

“Aşqabad-2017”yə dəvət olunmağımızda əsas məqsəd Azərbaycanda keçirilən ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında qazandığımız təcrübəni bu yarışlarda tətbiq etməkdir. Media meneceri kimi burada əsas missiyamız “Mix zona”larda müsahibələrin təşkili, media tribunaları və iş otaqlarının idarə olunmasıdır.

Bu sözləri Aşqabadda təşkil olunan qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında basketbol arenasının media meneceri, həmyerlimiz Kamran Talıbov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

K.Talıbov bildirib ki, Aşqabadda tətbiq etdiyimiz təcrübəni biz Bakıda təşkil olunan irimiqyaslı yarışlarda xarici mütəxəssislərdən öyrənmişik. Hazırda bu təcrübəni yerli könüllülər və mütəxəssislərlə bölüşürük. Çalışırıq ki, “Aşqabad-2017”nin yüksək səviyyədə təşkil olunmasına öz töhfəmizi verək.

“Mən “Aşqabad-2017”də fəaliyyətə yarışların başlamasına bir az qalmış başlamışam. Ancaq “Aşqabad-2017”nin Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislər bir neçə müddətdir çalışırlar. Bizi digər mütəxəssislərdən fərqləndirən əsas amil yerli əhali ilə rahat ünsiyyət qurmağımızdır”, - deyə K.Talıbov əlavə edib.

Qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növü üzrə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.