DÜNYA
Kanada 2026-cı ilə qədər Ukrayna ordusuna təlim keçəcək
Bakı, 11 iyun, AZƏRTAC
Kanadalı təlimatçılar “Birləşdirici” əməliyyat çərçivəsində Ukrayna hərbçilərinin təlimini 2026-cı ilə qədər davam etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun Kiyevə səfərindən sonra mətbuat xidməti məlumat yayıb.
"Birləşdirici” əməliyyat 2026-cı ilə qədər uzadılacaq ki, bu da Ukraynanın təcili təlim ehtiyaclarına cavab vermək üçün daha böyük imkanlar verəcək", - məlumatda qeyd edilib.
Bu missiya çərçivəsində 2015-2023-cü illər ərzində kanadalı təlimatçılar 36 mindən çox ukraynalı hərbçiyə təlim keçiblər.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo iyunun 10-da Kiyevə gözlənilməyən səfər edib. Bu, Trüdonun 2022-ci ilin fevralından bəri Ukraynaya ikinci səfəridir. Əvvəlki səfər 2022-ci ilin mayında olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]