Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kanada Azərbaycan Tələbə Assosiasiyasının vitse-prezidenti İsgəndər Qədirzadə ilə müsahibə

Bakı, 14 mart (AZƏRTAC). AZƏRTAC-ın müxbiri Kanada Azərbaycan Tələbə Assosiasiyasının vitse-prezidenti İsgəndər Qədirzadə ilə görüşərək Azərbaycan diasporunun həyatı ilə maraqlanmışdır.

- İsgəndər, bir qədər özünüz və başçılıq etdiyiniz qurum barədə məlumat verin.

- Mən Kanadaya 2006-cı ildə ailəmlə birlikdə köçmüşəm. Təhsilimi bir neçə ildən sonra davam etdirdim, çünki dərhal mümkün olmadı. 2009-cu ildə Toronto Universitetinin siyasi elmlər fakültəsinə daxil oldum. Elə orada dostlarımla birlikdə 2009-cu ilin noyabrında Azərbaycan Tələbə Assosiasiyasını (AzTA) yaratdıq. Assosiasiyanın məqsədi azərbaycanlı tələbələrlə işləmək, Kanada universitetlərinə daxil olan zaman onlara yardım göstərmək, Azərbaycan icması ilə işləmək, habelə universitetdə elmi və mədəni tədbirlər təşkil etməkdir.

Bir ildən bir qədər artıq fəaliyyət göstərməyimizə baxmayaraq, zənnimcə, AzTA-nın Kanada universitetlərini tələbə və məzunlarını birləşdirən platformaya çevrildiyini söyləmək olar. Son bir ildə Voterlu və Albertı universitetlərində daha iki tələbə assosiasiyası yaratdıq. Bir çox tələbələr burada dövlət proqramı üzrə təhsil alırlar. Belə bir meylin davam etməsi bizim üçün çox vacibdir. Biz, həmçinin ABŞ-dan olan tərəfdaşlarımızla da uğurla işləyirik, birgə tədbirlər keçiririk, çalışırıq ki, daha uzaqlara....Avropaya doğru genişlənək.

- Kanadadakı Azərbaycan diasporunun nə kimi potensialı vardır?

- Kifayət qədər sanballı. Gənclərimizin getdikcə daha çox nümayəndələri oxumaq istəyirlər. Deməli, gələcəkdə müxtəlif sahələrdə işləyən peşəkarların sayı çox olacaqdır. Bu, diasporumuzun indiki ilə müqayisədə daha səmərəli və geniş iş aparmasına imkan verəcəkdir. Hazırda Torontoda və ya bütövlükdə Kanadada nə qədər azərbaycanlı yaşadığını deyə bilmərəm. Lakin nailiyyətlərimiz hələlik mövcud potensiala cavab vermir. Səbəbi çoxdur. Biz deputatlar, siyasi partiyalarla keyfiyyətli və səmərəli işləməyi, geniş tədbirlər keçirməyi indi-indi öyrənirik. Əlbəttə, indi də fəal işləyən insanlar və təşkilatlar vardır. Məsələn, Torontoda bayrağımızın qaldırılması mərasimi, Azərbaycan deputatının parlamentdə çıxışı, Ottavada aksiyalar və s. təşkil edilmişdir.

Zənnimcə, icmamızın güclü olması və Kanadada müvəffəqiyyətlə işləməsi üçün biz özümüz təşkilatlanmalı, bir növ diasporumuzu daxildən qurmalıyıq. Biz yaşayış yeri, iş yeri tapmaqda, təhsilini davam etdirməkdə, müxtəlif problemləri yoluna qoymaqda azərbaycanlı immiqrantlara kömək etmək üçün çox iş görürük. Onlar da öz növbəsində, 3-4 ildən sonra ayaq üstündə möhkəm duranda diasporumuzun fəaliyyətinə töhfə verə biləcəklər. Kanada cəmiyyətinə nə qədər tez inteqrasiya etsələr, diasporun işinə bir o qədər tez qoşula bilərlər.

- Bu yaxınlarda Petrosyan soyadlı birisi Kanadaya gəlmiş və bu ölkədə özünü “qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” kimi təqdim etmişdir. Assosiasiyanız bu fırıldaqçının gəlişinə necə reaksiya vermişdir və o, Kanadada nə kimi işlərlə məşğul olmuşdur?

-Biz həmin fırıldaqçının görüşdüyü adamlarla əlaqə yaradıb izahat tələb etdik, çünki sorğu vermək haqqımız vardır. Həmin şəxslər Harold Albrext, Pol Kalandra, Gilles Deçeppe, Stefan Dion və Douq Kreyqdir. Hazırda Kanadanın Baş naziri Stiven Harperə göndəriləcək ərizəyə imza toplamaqla məşğuluq. Biz bu məsələni Kanada KİV-lərində, universitet qəzetlərində mütləq qaldıracağıq.

Onun görüşdüyü adamların bir çoxu nə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, nə də məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Odur ki, bir tərəfin, indiki halda Ermənistanın təqdim etdiyi informasiyaya inanırlar. Biz təkcə Kanada siyasətçilərinin fəaliyyətinə etiraz etməməliyik, həm də buradakı ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə məlumatlandırmaq üzərində işləməliyik. Bütün bu işlər yüksək akademik səviyyədə görülməlidir, çünki qarşı tərəfdən fərqli olaraq bizim dəlillərimiz hüquqi sənədlərə, BMT-nin qətnamələrinə, tarixi faktlara, beynəlxalq hüquqa və s., əsaslanır. Ermənilərinki isə miflərə.

-Kanada erməni diasporu tərəfindən aldadılmışdır. Ölkə parlamenti qondarma “erməni soyqırımını” tanıyan qətnamə qəbul etmişdir. Kanada cəmiyyətini maarifləndirmək və bu qərarın səhv olduğunu Kanadanın siyasi elitasına izah etmək üçün Azərbaycan və Türkiyə diasporları nə kimi səylər göstərirlər?

-Təəssüf ki, Kanada parlamenti 1915-ci ilin vətəndaş müharibəsini “erməni soyqırımı” kimi səciyyələndirən qətnamə qəbul etmişdir. Bu, ölkə parlamentinin əslən Suriyadan olan erməni mənşəli deputatı, Liberal Partiyanın üzvü Sarkis Asaduryanın təşəbbüsü ilə edilmişdir. Türkiyə ilə münasibətlərin gərginləşəcəyi barədə bəzi deputatların xəbərdarlığına baxmayaraq, Asaduryan və onun komandası güclü çıxdı. Nəticədə Türkiyə səfiri Ankaraya çağırıldı, türk və Azərbaycan icmalarının etirazları oldu. Hazırda türk və Azərbaycan diasporları 1914-18-ci illərdə erməni cinayətləri, daşnakların Anadolunun və Qafqazın müsəlman əhalisinə qarşı törətdiyi qətliam barədə cəmiyyəti maarifləndirmək üçün birlikdə səy göstərirlər. Kanada jurnalisti Skot Teylor türk icmasının dəstəyi ilə özünün “Unreconciled Differences: Turkey, Armenia, Azerbaijan” kitabını müvəffəqiyyətlə təqdim edir. Müəllif kitabda tarixi faktlardan və həmin dövrdə Osmanlı imperiyasında yaranmış vəziyyətdən ətraflı bəhs edir. Bundan əlavə, universitet tələbələri ilə müxtəlif səviyyədə görüşlər, icmalarımızın birgə nümayişləri, deputatlarla görüşlər təşkil edilir. Biz Kanadanın siyasi elitasını həmin məsələ ilə bağlı məlumatlandırmaq üzərində çox işləməli və erməni millətçilərinin, xüsusən, 1905-1907, 1915, 1918, 1920, 1988-1994-cü illərdə törətdikləri cinayətlərlə, Xocalı soyqırımı ilə bağlı iç üzünü ifşa etməliyik. Ermənilərin bütün bu cinayətlərinin məcmusu BMT-nin 1948-ci il Konvensiyası əsasında Azərbaycan dövləti tərəfindən soyqırımı kimi tanınmışdır. Biz, həmçinin, gələn il türk diasporu ilə birlikdə iri aksiyalar keçirməyi, o cümlədən forumlar, alimlərin, tarixçilərin, jurnalist və deputatların iştirakı ilə konfranslar, Ottava və Torontoda nümayişlər təşkil etməyi və həmin tədbirləri Kanada mətbuatında işıqlandırmağı nəzərdə tuturuq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb