RƏSMİ XRONİKA
Kanada, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevdən
Hörmətli cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Kanadanın Monreal şəhərinin Azərbaycan icmasının adından Sizi təbrik edirəm.
Sizi növbəti dəfə Prezident seçməklə Azərbaycan xalqı öz müdrikliyini və siyasi zəkasını bir daha nümayiş etdirdi. Bu seçimlə xalqımız sübut etdi ki, bütün dünya Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətə inanır və etibar edir. Biz, Kanada azərbaycanlıları bu etibarı bölüşürük və inanırıq ki, növbəti beş ildə də xalqımızın yeni nailiyyətlərinin şahidi olacağıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yaxın gələcəkdə Qarabağ problemini həll edəcəkdir.
Cənab Prezident, Sizə və Azərbaycan xalqına yeni tarixi nailiyyətlər arzu edirik.
Dərin hörmətlə,
Məsud Əliyev
Kanada, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri