İDMAN


Kanada Strolla Peresi müqayisə edir

Bakı, 8 yanvar, AZƏRTAC 

2019-cu ildə “Racing Point”da Lens Strollun komanda yoldaşı təcrübəli Serxio Peres olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Formula 1 Kanada Qran-Prisinin promouteri Fransua Dyumontye bildirib. O hesab edir ki, meksikalı ilə bir komandada çıxış etməsi həmvətəninin xeyrinədir, çünki Strollun nəyə qadir olduğu Pereslə müqayisədə aydın olacaq.

Fransua Dyumontye deyib: “Lens üçün “Racing Point”ə keçid yaxşı xəbərdir, çünki bu, rəqabətədavamlı komandadır. Mən şadam ki, Lourens Stroll bu komandanı alıb. Artıq deyə bilərik ki, “Racing Point” Kanada komandasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.