DÜNYA


Kanada Ukraynaya 1,76 milyard dollar kredit verəcək

Kanada Ukraynaya 1,76 milyard dollar kredit verəcək

Bakı, 29 mart, AZƏRTAC

Kanada hakimiyyəti 2023-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,76 milyard dollar) məbləğində kredit vermək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin növbəti maliyyə ili üçün federal büdcə layihəsində deyilir.

Bundan əlavə, büdcədə Ukraynaya hərbi texnikanın, o cümlədən artıq elan edilmiş 8 “Leopard 2” tankının verilməsi üçün Kanada Müdafiə Nazirliyindən 200 milyon Kanada dolları (146,7 milyon dollar) ayrılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.