DÜNYA


Kanada cavab tədbirləri görür

Bakı, 6 iyul, AZƏRTAC

Kanada hökumətinin ötən həftənin sonunda yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın alüminium və polad idxalı üçün əlavə rüsum tətbiq etməsinə qarşı Kanada da cavab tədbiri görmək, rüsum və yığımlar tətbiq etmək niyyətindədir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, baş nazir Castin Tryudonun rəhbərlik etdiyi hökumətin tərtib etdiyi siyahı əsasında iyulun 1-dən ABŞ-dan Kanadaya idxal edilən mallar üçün 10 və 25 faiz həcmində rüsum tutulur.

Qeyd edilib ki, ketçup, otbiçən aqreqatlar və mühərrikli qayıqlar üçün nəzərdə tutulan vergilərin Kanadanın dövlət büdcəsinə 12,6 milyard dollar əlavə gəlir gətirəcəyi gözlənilir. O da nəzərdən yayınmır ki, rüsum tətbiq edilməsi planlaşdırılmış ABŞ mallarının siyahısı tərtib olunarkən iqtisadi mülahizələrdən daha çox siyasi amillərə üstünlük verilib.

Kanada hökumətinin açıqlamasında bildirilib ki, bu, heç də eskalasiya kimi qəbul edilməməlidir və onlar buna yol verməzlər: belə bir qərarın verilməsi ABŞ hökumətinin hərəkətinə cavabdır. Bu addım atılarkən hər bir dollar nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.