DÜNYA


Kanada parlamenti Rusiyanın dondurulan pul vəsaitinin müsadirəsinə icazə verib

Bakı, 25 iyun, AZƏRTAC

Kanada Parlamenti hökumətə Rusiyanın sanksiyalar səbəbindən dondurulan pul vəsaitlərini müsadirə etmək hüququ verən qanunvericilik dəyişikliyinin ratifikasiyasını başa çatdırıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 24-də Senat tərəfindən təsdiqlənən dövlət büdcəsinin icrası çərçivəsində sanksiya qanunvericiliyinə müvafiq dəyişikliklər qəbul edilib. Ukrayna bu vəsaitin ilk resipiyenti ola bilər. Bundan sonra dəyişikliklər qüvvəyə minməsi üçün Kanadanın baş qubernatoru tərəfindən təsdiqlənməlidir.

Kanada hökumətinin bu qərarı sanksiyalar səbəbindən dondurulan aktivləri müsadirə edərək onları sanksiyaya məruz qalanın fəaliyyətindən zərər çəkən tərəfə ötürmək hüququ verir. Kanada dünyada belə qərar qəbul edən ilk dövlətdir.

Hazırda Kanada sanksiyalara məruz qalan əmlak və vəsaitlərin müsadirə edilməsi üçün hüquqi mexanizmə malik deyil və bu qanun layihəsi həmin boşluğu aradan qaldırmalıdır. Ottava Rusiyaya qarşı ən geniş sanksiyalardan birini tətbiq edib. Sanksiya siyahısına 1400-ə yaxın hüquqi və fiziki şəxs daxildir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.