DÜNYA


Kanada sakini pensiyaya çıxdığı gün iri məbləğdə cek-pot udub

Bakı, 4 may, AZƏRTAC

Kanada vətəndaşı Ping Kuen Shum pensiyaya çıxdığı gün – aprelin 28-də lotereya bileti ilə 1,5 milyon dollarlıq cek-pot udub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, eyni zamanda, aprelin 28-də ad günü olan Ping cek-pot udduğunu bildikdən sonra ailəsi və yaxınları ilə birgə onu qeyd etməyə gedib.

Udduğu pulla Çinə səfər etməyi planlaşdıran Ping üç hadisənin eyni günə təsadüf etməsinin inanılmaz olduğunu, uzun müddət işlədiyini və bu sərvəti ailəsi ilə bölüşməyi səbirsizliklə gözlədiyini deyib.

Lotereyanın təşkilatçısı “British Columbia Loto” şirkəti qalibin yaşı və sənəti barədə məlumat verməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.