SİYASƏT


Kanadada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC 

Kanadanın Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilati dəstəyi ilə baş tutub.

“Azərbaycana mədəni səyahət: Nar bağı” mövzusuna həsr olunan tədbir zamanı yerli əhaliyə və qonaqlara milli musiqi, rəqs, geyim, mətbəx nümunələri, eləcə də təbii nar şirələri təqdim olunub.

Daha sonra rejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş etdirilib. Film tamaşaçılarda böyük maraq doğurub.

ALACS artıq üçüncü dəfədir ki, Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günü təşkil edir. 2016-2017-ci illərdə soydaşlarımız milli-ənənəvi moda şousu və Azərbaycan toyu mövzularına müraciət etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.