SİYASƏT


Kanadada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü təntənə ilə qeyd olunmuşdur

Bakı, 19 oktyabr (AZƏRTAC). Kanadanın Ontario vilayətinin London şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Kanada Türk Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak etmişlər.

AKTA-nın sədri Kəmalə Şiriyeva tədbir iştirakçılarına Azərbaycanın müstəqillik tarixi, ölkəmizin son illər əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat vermişdir.

Tədbirdə təşkil olunmuş Azərbaycanın mədəniyyət və incəsənət nümunələrindən ibarət sərgi qonaqların böyük marağına səbəb olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.