SİYASƏT


Kanadada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir

Bakı, 19 dekabr (AZƏRTAC). Dekabrın 19-da Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbir zamanı məktəbdə oxuyan şagirdlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə aid şeirlər oxumuş, mahnılar ifa etmişlər.

Tədbirdən hazırlanmış videolara “facebook” sosial şəbəkəsində açılmış “Karabakh Azeri Saturday language school” adlı səhifədə baxmaq mümkündür. (http://www.facebook.com/pages/Karabakh-Azeri-Language-Saturday-School/119544944814217).

“Qarabağ” Azərbaycan dili məktəbi bu il sentyabrın 10-da Ottavada fəaliyyətə başlamışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.