DÜNYA


Kanadada “Fiona” qasırğasının nəticələrinin aradan qaldırılmasına hərbçilər cəlb edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Kanadalı hərbçilər həftə sonu ölkənin Atlantik okeanı sahillərində yerləşən bəzi əyalətlərini vuran “Fiona” qasırğasının nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.

AZƏRTAC Kanada mediasına istinadla xəbər verir ki, ölkənin müdafiə naziri Anita Anand hərbçilərin əsasən nəqliyyatın fəaliyyətini bərpa edəcəyini və küçələri yıxılan ağaclardan təmizləyəcəyini deyib.

“Fiona” qasırğası nəticəsində Kanadanın Yeni Şotlandiya əyalətində 242 mindən çox ev və ofis, Şahzadə Edvard adasında isə 80 mindən çox insan elektriksiz qalıb. Həmçinin Nyufaundlend adasında və Labrador yarımadasında 2 minə yaxın insanın elektrik enerjisi kəsilib. Nyu-Bransuik əyalətində isə 13 mindən çox insan eyni problemlərlə üzləşib.

Son məlumatlara görə, ötən həftə sonu Yeni Şotlandiya əyalətini cənginə alan "Fiona" qasırğası Karib dənizində beş nəfərin, Kanadada isə bir nəfərin həyatına son qoyub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.