DÜNYA


Kanadada avtobus dayanacaqda gözləyən 23 nəfəri əzib VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun sürücüsü idarəetməni itirərək sərnişin dayanacağına girib. Nəqliyyat vasitəsinin ikinci mərtəbəsinin dayanacağın dam örtüyünü uçurması nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, qəzadan sonra avtobusun birinci mərtəbəsinin salonundakı sərnişinlər də xəsarət alıblar. Ottava meri Cim Uotson bildirib ki, xəstəxanaya aparılanlardan 14 nəfərinin vəziyyəti ağırdır. Yerli klinikalardan biri də qəza yerindən 9 nəfər ağır yaralının gətirildiyini açıqlayıb.

Kanadanın hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmalara başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.