DÜNYA
Kanadada gecə klubuna silahlı hücum nəticəsində 7 nəfər yaralanıb VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Kanadada gecə klublarından birinə silahlı hücum nəticəsində 7 nəfər yaralanıb. AZƏRTAC Global News Canada saytına istinadla xəbər verir ki, Toronto şəhərindəki Finç bulvarında yerləşən kluba gecə saatlarında silahlı hücum edilib. Qeyd olunur ki, 7 nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir. Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, silahlı hücum zamanı gecə klubunda 250 müştəri ilə yanaşı, 40 nəfər də təhlükəsizlik əməkdaşı da olub. Toronto bələdiyyəsinin sədri Con Tori bildirib ki, iyun ayında keçirilən şəhər Şurasının iclasında silah satışına qadağa qoyulması müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]