DÜNYA
Kanadada istifadəsiz daşınmaz əmlakdan vergi tutulacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Kanada hökuməti gələn il yanvarın 1-dən boş qalan daşınmaz əmlak üçün vətəndaşlardan vergi tutmaq barədə qanunu qəbul edib.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, qanunun qəbulu ərəfəsində Vankuver şəhərinin rəhbərliyi mənzil kirayəsi sahəsində mövcud olan böhranın aradan qaldırılması üçün boş qalan daşınmaz əmlaka vergi qoymağı planlaşdırdığını bəyan edib.
Bu plan il ərzində boş olan 10 min 800 mənzilə və qismən yaşayış olan 10 min evə şamil ediləcək. Ev sahibləri əmlaklarının dəyərinin 1 faizi məbləğində illik vergi ödəməli olacaqlar - bu, bir ildə altı ay və altı aydan artıq boş saxlanılmış istənilən yaşayış yerinə aiddir.
Bununla belə, Vankuverdəki sakinlərin əksəriyyəti evin təmiri, ev sahibinin uzun müddət müalicədə olması, ev sahibinin vəfatına görə əmlak hüququnun başqasına keçməsi və s. kimi çoxlu sayda istisnalar sayəsində bu vergini ödəməkdən yayına bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]