DÜNYA
Kanadada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib
Bakı, 30 may, AZƏRTAC
Kanadanın cənub-şərqində Yeni Şotlandiya əyalətində bazar günü başlayan meşə yanğınları səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, Halifaks bələdiyyəsinin məlumatına görə, yanğınlar 200-ə yaxın binaya zərər vurub. Yanğınsöndürən briqadalar alovun yayılmasının qarşısını almaq üçün səy göstərirlər. Yanğınlar səbəbindən 14 minə yaxın insan təxliyə olunub.
Mayın 6-da Alberta əyalətində başlayan meşə yanğınları səbəbindən 29 min nəfər təhlükəsiz ərazilərə köçürülmüşdü. Kanadanın hakimiyyət orqanları təbii fəlakətlə bağlı bölgədə fövqəladə vəziyyət elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]