SİYASƏT


Kanadada ölkəmizə dəstək məqsədilə həmrəylik yürüşü keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Kanadanın Kalqari şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən “Municipal Plaza”dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə də yürüş etməklə qayıdıblar.

Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, “Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!” şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi musiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.

Aksiya şəhər bələdiyyəsinin icazəsi ilə keçirilib.

ALACS-dan bildirilib ki, bütün torpaqlarımız erməni işğalından azad olunana qədər bu cür yürüşlər hər bazar günü daha kütləvi şəkildə və medianın iştirakı ilə keçirmək niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.