ELM VƏ TƏHSİL


Kanadalı alimlər işığı əks etdirməyən nəhəng planet aşkarlayıblar

Bakı, 16 sentyabr, AZƏRTAC 

Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar.

AZƏRTAC Türkiyənin NTV kanalının saytına istinadla xəbər verir ki, Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər.

T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir. Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12-b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.