MƏDƏNİYYƏT
Kanadalı müğənni “Spotify”də ən çox dinlənilən ifaçı olub
Bakı, 25 yanvar, AZƏRTAC
Efiopiya əsilli kanadalı ifaçı The Weeknd (Eybel Tesfaye) son bir ayda “Spotify”də ən çox dinlənilən müğənni olub.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, müvafiq statistikanı sözügedən musiqi servisi yayıb. Müğənninin kompozisiyalarının dinləyici sayı ay ərzində 85,7 milyon təşkil edib. “Daily Mail” nəşrinin yazdığına görə, bu uğur ifaçının yanvarın 7-də işıq üzü görən yeni “Dawn FM” adlı albomunun populyarlığı ilə bağlıdır.
İkinci yerdə 83,3 milyon dinləyici ilə kanadalı müğənni Castin Biber qərarlaşıb.
Qeyd edək ki, “Spotify” servisi 2008-ci ildən fəaliyyət göstərir. Hazırda 381 milyondan çox istifadəçisi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]