İDMAN


Kanadalı turist: Bakının özünəməxsus memarlıq üslubu və gözəlliyi məni heyran etdi

Bakı, 7 iyun, AZƏRTAC

Mən Kanadadan gəlmişəm. Oğlum Bakıda BMX üzrə dünya çempionatında iştirak edir. Bu, onun iştirak etdiyi ikinci yarışdır. BMX üzrə dünya çempionatı Azərbaycanda çox yüksək səviyyədə təşkil olunub. Oğlum Bakı Velotrekini çox bəyənib və bu barədə böyük həvəslə danışır.

Bu sözləri BMX üzrə dünya çempionatı ilə əlaqədar ölkəmizə gələn kanadalı azarkeş Denis Kristi AZƏRTAC-a müsahibəsində deyib.

İndiyədək bir çox ölkələrə səyahət etdiyini vurğulayan Denis Kristi bildirib: “Bakının özünəməxsus memarlıq üslubu və gözəlliyi məni heyran etdi. Şəhərin mərkəzində İçərişəhərlə tanışlıq zamanı sanki bir neçə əsr əvvələ səyahət etmiş olduq. Bakıda tarixi binalarla yanaşı, müasir memarlıq nümunələri olan möhtəşəm binalar da var. Belə binalardan xüsusən Heydər Əliyev Mərkəzinin gözəlliyi və möhtəşəmliyi məni valeh etdi. İnsanlar bizə hər yerdə mehribanlıq göstərirlər. Bakıdan xoş təəssüratlarla ayrılacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.