SİYASƏT


Kanadanın Vankuver şəhərində Azərbaycan mədəniyyət mərkəzi açılmışdır

Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 5-də Vankuver şəhərində, bu ölkədə ilk dəfə Azərbaycan mədəniyyət və icma mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.

Mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü Məhəmməd Purazadın xüsusi rolu olmuşdur. M.Purazad tərəfindən Azərbaycan mərkəzinin binası əldə olunmuş və əsaslı təmir edilmişdir.

Bu münasibətlə təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev milli mədəniyyətimizin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir.

Tədbir Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə başa çatmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.