SİYASƏT
Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin professorları Bakıda təqdimat keçirəcəklər
Bakı, 31 yanvar (AZƏRTAC). Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və bu elm ocağına qəbul üzrə məsul şəxsləri fevralın 6-dən 8-dək Azərbaycanda səfərdə olacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, kanadalı qonaqlar tərəfindən Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompyuter texnologiyaları sahələrində uğurlu karyera haqqında məlumat veriləcəkdir. Bundan əlavə, riyaziyyatın müxtəlif sahələrində mövcud olan problemlər və onların həlli məsələləri barədə danışılacaqdır.
Eyni seminar fevralın 8-də Bakı Təhsil İnformasiya Mərkəzində də təşkil olunacaqdır. İştirakçılara Vaterloo Universitetinin sertifikatları da təqdim ediləcəkdir.