DÜNYA


Kanar adalarında meşə yanğınlarına görə 2 min nəfər təxliyə edilib

Bakı, 18 avqust, AZƏRTAC

Kanar adalarından biri olan Qran-Kanariyada güclü meşə yanğını səbəbindən 2 min nəfər təxliyə edilib. Bu barədə regional təcili xidmətin “Twitter” səhifəsində məlumat verilib. Məlumatda meşə yanğınının Valyeseko yaşayış məntəqəsində baş verdiyi bildirilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın meşədə 500 hektar sahəyədək yayılıb. Regionda havanın bərk isti olması yanğının söndürülməsini çətinləşdirir.

Avqustun 10-da Qran-Kanariyada baş verən yanğın 1000 hektardan çox meşə ərazisini məhv edib. Yüzlərlə insan təxliyə olunub. EFE informasiya agentliyinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında meşə yanğınlarının ümumi sahəsi 56,5 min hektarı ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.