DÜNYA


Kanar adalarında vulkan püskürməsi 600-ə yaxın binanı məhv edib

Bakı, 28 sentyabr, AZƏRTAC

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) vulkan püskürməsi əksəriyyəti yaşayış evi olmaqla 600-ə yaxın binanı məhv edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” kosmik proqramının məlumatında bildirilir.

Madridin Geoloji Elmlər İnstitutunun məlumatına görə, bir neçə saatlıq fasilədən sonra vulkan yenidən püskürməyə başlayıb. Lava artıq 258 hektar əraziyə yayılıb və 589 binanı məhv edib. Bundan başqa, adadakı avtomobil yollarının 21 kilometrlik hissəsi də yararsız hala düşüb.

Hazırda adanın evləri təhlükəli ərazilərdə yerləşən 6 min sakini təxliyə edilib. Həmçinin bir neçə sahilyanı rayonun sakinləri də öz evlərində təcrid olunub. Lavanın Tasakorte rayonunda okeana təxminən 800-1000 metr məsafəyə qədər yaxınlaşdığı bildirilir.

Qeyd edək ki, sentyabrın 26-da Kanar arxipelaqına daxil olan Palma adasındakı Kumbre-Vyexa vulkan silsiləsində püskürmə başlayıb. Bundan öncə İspaniyanın Milli Coğrafiya İnstitutu 85 minədək insanın yaşadığı adada seysmoloji aktivlik qeydə almışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.