DÜNYA


Kanat İsayev Qırğızıstan parlamentinin sədri seçilib

Bişkek, 13 oktyabr, АZƏRTAC

Bu gün axşam saatlarında Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Joqorku Keneşdəki “Qırğızıstan” fraksiyasından Kanat İsayev Qırğızıstan parlamentinin sədri seçilib.

Kanat İsayevin lehinə parlamentin 78 üzvü səs verib.

Xatırladırıq ki, oktyabrın 6-da parlamentin bundan əvvəlki sədri Dastan Cumabekov istefa vermişdi.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.