DÜNYA


Kanazavada Liviya motivlərinin əks olunduğu kimono hazırlanır

Tokio, 22 yanvar, AZƏRTAC 

İpəyin rənglənməsi üzrə yapon mütəxəssis Yiçi Kakimoto Liviya motivlərinin əks olunduğu orijinal kimanonun hazırlanmasına başlayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimiya Oyunlarında iştirak edəcək bütün ölkə və ərazilərin kimonolarının yaradılması ümumyapon layihəsi çərçivəsində reallaşdırılır.

Liviyanın da daxil olduğu 20 ölkə üçün kimono Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasında ənənəvi güllü ipək parçadan hazırlanacaq.

Artıq yanvarın 19-dan Yuiçi Kakimotonun Kanazavada ənənəvi rənglərin dəyişməsi texnikasından istifadə edərək tətbiqi motivlər üçün boyaları çəkməyə başladığı bildirilir. Əsas motiv kimi Liviyanın rəmzinə çevrilmiş nar və zeytun çiçəklərinin seçildiyi qeyd edilir.

Kimononun cari ilin avqustunda Yokohamada keçiriləcək Afrika beynəlxalq konfransında təqdim edilməsi planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.