MƏDƏNİYYƏT


Kann kinofestivalının rəmzi açılış mərasimi keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Fransanın Kann şəhərində Kann kinofestivalının rəmzi açılış mərasimi olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 3 gün ərzində 4 tammetrajlı ekran əsəri təqdim olunacaq və qısametrajlı filmlər arasında müsabiqə keçiriləcək.

Festivalın rəhbəri Pyer Leskür bildirib ki, kinoforumun bu formatda keçirilməsi bütün kino sənətçilərinə dostluq və hörməti ifadə edir: “Burada bütün təhlükəsizlik tədbirləri görülüb. Dəvət olunanlara mütləq qoruyucu maskaların taxılması və sosial məsafənin qorunması zərurəti barədə məlumat verilib”.

Qısaldılmış formatda keçirilən festivalın açılış mərasimində fransalı rejissor Emmanuel Kurkolun “Zəfər” ekran əsəri nümayiş olunub. Növbəti iki gün ərzində tamaşaçılar, həmçinin yaponiyalı rejissor Naomi Kavasenin “Əsl analar” və “Başlanğıc” adlı gürcü filmini seyr edə biləcəklər.

Festivalın sonuncu günü Fransa istehsalı olan, Bruno Podalidesin “İki Alfred” ekran əsəri göstəriləcək.

Kinofestivalın təşkilat komitəsi ümid edir ki, tədbirin bu şəkildə keçirilməsi istehsalçıları yeni filmlərin buraxılışını təxirə salmamağa sövq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.