MƏDƏNİYYƏT


Kapelhausda Berlin gecələri atmosferi

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış alman fotoqrafı Sven Markvardın sərgisinin açılışı olub. Tədbir Höte İnstitutunun Bakı filialının (Goethe-Zentrum Baku) dəstəyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, ekspozisiyada müxtəlif obrazlarda insanların ağ-qara şəkilləri təqdim edilib.

Qeyd edək ki, son on ildə fotoqraf kimi şöhrət qazanan Sven Markvardın obyektivinə Berlinin gecə həyatının ən parlaq nümayəndələri – dostları, həmkarları və tərəfdaşları düşüblər. Fotoplyonkaya çəkilən hər bir ağ-qara fotoşəkil qabaqcadan düşünülmüş bir kompozisiyadır. Fotosessiyadan tutmuş şəkillərin aydınlaşdırılmasına və çap edilməsinə qədər davam edən bütün proses bir neçə gün çəkir.

Bakıda ilk dəfə nümayiş etdirilən “Mehrab” adlı audioviziual installyasiya S.Markvardın dicey və musiqi prodüseri Marsel Dettmannla birgə işidir. Ekspozisiya sərgiyə gələnləri Kapelhausdan Berlin gecələri atmosferinə aparır.

Martın 7-dək davam edəcək sərgi hər gün saat 14:00-dan 20:00-dək işləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.