MƏDƏNİYYƏT


“Kapelhaus”da portuqal rəssamı Vasko Araujonun sərgisi açılıb

Bakı, 9 mart, AZƏRTAC

“Goethe-Zentrum Baku”nun (Höte İnstitutu) dəstəyi ilə martın 9-da “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış portuqal rəssamı Vasko Araujonun “Məhəbbət və Ölüm” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, ekspozisiyada İçərişəhərin fotoları ilə yanaşı “Leyli və Məcnun” poemasından ingilis dilində parçalar təqdim edilib. Leyli və Məcnunun nakam məhəbbətindən söz açan “Liebestod. Məhəbbət və Ölüm” videoişi sərginin ana xəttini təşkil edib. Məhz “Leyli və Məcnun” və paytaxtımızın qədim tarixi rəssamı bu ekspozisiyanı yaratmağa ruhlandırıb.

Qeyd edək ki, məhəbbət və ölüm, onların ədəbiyyat və musiqidə əksini tapması Vasko Araujo yaradıcılığının əsas mövzularıdır.

Böyük maraqla qarşılanan ekspozisiya aprelin 4-dək davam edəcək.

Vasko Araujo 1974-cü ildə Lissabonda anadan olub. Onun əsərləri müxtəlif kitab və kataloqlarda dərc edilib, Pompidu Mərkəzi, Müasir İncəsənət Muzeyi (Fransa), Kraliça Sofiya Milli Muzeyi, İncəsənət Mərkəzi (İspaniya), Təsviri Sənət Muzeyi (ABŞ) kimi muzeylərdə, habelə şəxsi kolleksiyalarda təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.