İQTİSADİYYAT
“Kapital Bank” “Xəzri” sistemi üzrə tərəfdaşların sayını artırır
Bakı, 16 oktyabr, AZƏRTAC
“Kapital Bank” təcili pul köçürmələri sistemi - “Xəzri” üzrə tərəfdaşların sayını artırır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu sistem Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Gürcüstan və s. ölkələrin banklarında da mövcuddur. “Xəzri” vasitəsilə pul köçürmələri çox rahat və sərfəlidir. Hər hansı hesab açmadan cəmi beş dəqiqə ərzində həm respublika daxilində, həm də qeyd olunan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8 faizdən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkə daxilində göndərilən pul vəsaitini 24 saat ərzində “Kapital Bank”ın bankomatlarından komissiyasız nağd şəkildə çıxara bilərlər.
Azərbaycanda “AtaBank”, “AFB Bank” və “Bank VTB (Azərbaycan)” bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələri həyata keçirə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]