İQTİSADİYYAT


“Kapital Bank” müştəriləri üçqat bonus qazanacaqlar

Bakı, 6 sentyabr (AZƏRTAC). “Kapital Bank” və “GoldenPay” şirkəti hesab.az onlayn ödəniş portalının istifadəçiləri üçün yeni bir imkan yaradıb. Bu portalda bankın ödəniş kartları ilə ödənişlər aparan müştərilər portalın təklif etdiyindən 3 qat artıq bonus xal qazanacaqlar.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, bonuslarla hesab.az portalında keçirilən hərraclarda iştirak edən müştərilər xüsusi hədiyyələr əldə edə bilərlər. “Kapital Bank”ın bütün ödəniş kart sahibləri bu imkandan faydalanmaq imkanına malikdirlər.

Kampaniyada iştirak etmək üçün https://www.hesab.az səhifəsinə daxil olub, qeydiyyatdan keçmək və ödənişləri bank kartları ilə aparmaq kifayətdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 nömrəli müştəri xidmətindən və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.

Kampaniya oktyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.