İQTİSADİYYAT


Kapital Bazarı üzrə Təlim Mərkəzi və “Dəmirbank” arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 1 sentyabr (AZƏRTAC). Sentyabrın 1-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, memorandumda kapital bazarları sahəsində müştərək layihələrin hazırlanması, elmi-praktik konfransların təşkil olunması nəzərdə tutulur. Bundan əlavə, kapital bazarların tədrisi sahəsində əməkdaşlıq, qiymətli kağızlar bazarında tədrisin təşkili, informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkili və qarşılıqlı münasibətlər prioritet kimi müəyyənləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.