İQTİSADİYYAT


Kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi layihəsinin yekunları müzakirə edilib

Bakı, 21 may, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Koreya İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi" layihəsinin yekunlarına dair tədbir keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO), Asiya İnkişaf Bankının (ADB), Avropa İnkişaf və Yenidənqurma Bankının (EBRD), Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA), o cümlədən bank və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş və "Bilik Mübadiləsi Proqramı"na (KSP layihəsi) həsr olunmuş tədbirdə Azərbaycan qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi mövzusu ətrafında müzakirələr aparılıb.

MBNP-nin idarə heyətinin üzvü vəzifəsini icra edən Asim Zülfüqarov qiymətli kağızlar bazarının inkişafına dair görülmüş işlərə və əldə edilmiş nailiyyətlərə dair məlumat verərək koreyalı ekspertlər ilə əməkdaşlıqdan, KSP layihəsinin yerli qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarına töhfəsindən bəhs edib.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ölkələrarası əməkdaşlığın yüksək səviyyədə olmasından, xüsusilə maliyyə sektorunda qabaqcıl təcrübələrin mübadiləsinin imkan və faydalarından danışıb.

Daha sonra koreyalı ekspertlərin tədqimatları dinlənilib, kapital bazarlarının inkişafı üzrə sual-cavab sessiyası və interaktiv müzakirələr keçirilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi üzrə Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Bilik Mübadiləsi Proqramı”na qoşulub. KSP layihəsi çərçivəsində Azərbaycanda səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.