CƏMİYYƏT


Kapitan Nicat Hacıyev: Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarix yazdı

Bakı, 25 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarix yazdı. Dünyanın müxtəlif ölkələrinin hərbi qərargahlarında Azərbaycan Ordusunun bu müharibədə tətbiq etdiyi hərbi taktika ətraflı öyrənilir. Xüsusən də Şuşa şəhərinin azad olunması dünya hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatdır.

Bunu Vətən müharibəsinin iştirakçısı kapitan Nicat Hacıyev Daşaltı əməliyyatının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə AZƏRTAC-a müsahibəsində deyib.

Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən danışan zabit deyib: “1992-ci ildə ölkədə vəziyyət son dərəcə ağır idi. Ordunun silah-sursatla təminatı çox zəif idi. Hərbi kadrlarımız çatışmırdı. Komandanlıqdakı pərakəndəlik, rəhbərliyin başının hakimiyyət uğrunda mübarizəyə qarışması Birinci Qarabağ müharibəsində, o cümlədən Daşaltı əməliyyatında məğlubiyyətin əsas səbəblərindəndir. Lakin Vətən müharibəsində vəziyyət tamamilə başqa idi. Ordumuzun silah-sursat və hərbi texnika ilə təminatı ən müasir standartlara cavab verirdi, şəxsi heyətin əhvali-ruhiyyəsi ən yüksək səviyyədə idi. Əməliyyatlar vahid komandanlıq tərəfindən yüksək peşəkarlıqla idarə olunurdu. Bütün bu amillər Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin etdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.