İDMAN


Kapoeyraçılar açıq Bakı turnirində güclərini sınayacaqlar

Bakı, 4 mart, AZƏRTAC

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə solo kapoeyra üzrə onlayn açıq Bakı turniri keçiriləcək.

Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi, məşqçilər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə AZƏRTAC-a bildirib ki, yarışda paytaxt idmançıları ilə yanaşı, region təmsilçiləri də iştirak edəcəklər.

Turnirin keçirilməsində məqsəd pandemiya şəraitində idmançıları formada saxlamaq, onlarda motivasiya yaratmaq, hazırlıq və təcrübələrini artırmaqdır. Yarışda 50-ə yaxın idmançı mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.