İQTİSADİYYAT


Karaçidə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib

İslamabad, 26 yanvar, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Nasser Hyatt Maggo, Karaçi Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd İdris, eləcə də Palataların idarə heyətlərinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Pakistanın səmimi münasibətlərindən söhbət açan səfir Xəzər Fərhadov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. İqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayan Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinə toxunan X.Fərhadov yaradılacaq işçi qrupları barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırıb. İqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində son zamanlar aparılan işlər barədə danışan səfir iş adamlarının qarşılıqlı səfərlərinin vacib olduğunu ifadə edib.

X. Fərhadov Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, xüsusilə Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə investisiya imkanları barədə təqdimatlar da keçirib.

Mian Nasser Hyatt Maggo və Məhəmməd İdris səfirə təşəkkürlərini bildirib, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluqlarını ifadə ediblər. Səfir tərəfindən keçirilən təqdimatları yüksək qiymətləndirən prezidentlər Azərbaycan və Pakistan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı hər iki ölkənin idxal-ixrac potensialı olan məhsullar barədə geniş müzakirələr aparılıb.

Görüşdə həmçinin Azərbaycanla bağlı iş adamlarını maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.