DÜNYA


Karaçidə “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Pakistanın Karaçi şəhərində “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb.

AZƏRTAC Pakistanın “Dispatch News Desk” (DND) xəbər agentliyinə istinadla xəbər verir ki, noyabrın 30-dək davam edəcək sərgidə dünyanın müxtəlif ölkələrinin 260-dan çox yüksəkvəzifəli nümayəndəsi iştirak edir. Sərgidə müdafiə sənayesi sahəsində ən son texnologiyalar nümayiş etdirilir.

Sərgi çərçivəsində beynəlxalq müdafiə seminarı da təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgi və seminarda iştirak etmək üçün Pakistanda səfərdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.