DÜNYA


Karakas şəhərinin elektrik təchizatı qismən bərpa olunub

Bakı, 9 mart, AZƏRTAC

Venesuelanın paytaxtı Karakasın bir sıra rayonlarında elektrik təchizatı qismən bərpa olunub. Lakin şəhərin xeyli hissəsi yenə də işıqsız qalır.

AZƏRTAC Venesuela KİV-lərinə istinadla xəbər verir ki, ölkənin digər regionlarında da elektrik enerjisi yoxdur. Ən mürəkkəb vəziyyət xəstəxanalarda müşahidə olunur. Bəzi müalicə müəssisələri əllə işlədilən mexaniki vasitələrdən istifadə etmək məcburiyyətində qalıb.

İnformasiya naziri Xorxe Rodriges miqyaslı açılmaya ölkədə ən böyük hidroelektrik stansiyasının avtomatik nəzarət sisteminə yönəlmiş kiberhücumun səbəb olduğunu bildirib. Onun fikrincə, bu hücum ABŞ ərazisindən edilib.

Xatırladaq ki, Karakasda elektrik enerjisi martın 7-də pik vaxtı kəsilib. Bunun ardınca ölkənin digər regionları da işıqsız qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.