CƏMİYYƏT


“Karantin dövründə psixoloji sağlamlığımızı qorumağın yolları” mövzusunda onlayn seminar keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Zaqatala Dövlət İdarəetmə Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Karantin dövründə psixoloji sağlamlığımızı qorumağın yolları” mövzusunda onlayn seminar keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, psixoloq Aydan Qasımova çıxışında karantin dövründə zamanımızı doğru idarə edəcək texnikalardan və şəxsi inkişafımıza faydalı olacaq fəaliyyətlərdən bəhs edib.

Seminarda, həmçinin pandemiya müddətində yarana biləcək psixoloji gərginlik və stres hallarının qarşısının alınması üçün tövsiyələr verilib.

Seminarın sonunda psixoloq iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.